Məktəblilər virtual oyunlar və cizigi filmləri hazırlayıb- Video

16 2020 11:20


Bakı şəhər 83 saylı tam orta məktəb-liseyin şagirdləri informatika dərsində virtual oyunlar, cizgi filmləri hazırlayırlar. Onlar bu biliklərə “Rəqəmsal bacarıqlar” layihəsi sayəsində nail olublar. Bu layihə 70 000 məktəblini əhatə edib. Dostlarımız oyun hazırlamağın maraqlı olduğunu deyirlər. 6-cı sinif şagirdi Elvin proqlamlaşdırmanın əsasları haqqında öyrənir.


Aysu deyir ki, cizgi filmi izləmək hər bir uşağın sevimli əyləncəsidir. Amma onu öz əməyinlə ərsəyə gətirmək isə ayrıca bir zövqdür.


Bacarıqlı dostlarımız biliklərini daha da artıraraq gələcəkdə bu sahənin  peşəkarı  olmaq istəyirlər. Kim bilir illər sonra bəlkə də onları məşhur animator, qrafik dizayner kimi görəcəyik.