Duyğu orqanları informasiyanın qəbul edilməsində rol oynayır- Video

16 2020 11:21


Orqanizmimiz həm xarici, həm də daxili mühitdən çoxlu sayda informasiya qəbul edir. Həmin informasiyaları isə duyğu orqanları vasitəsi ilə alırıq. Məlumatlar sinir sistemi ilə beynimizə ötürülür. Beynimiz onları analiz edir və uyğun reaksiyanı verir.


Göz — görməni təmin edən duyğu orqanıdır. Bizi əhatə edən ətraf mühit haqqında ən çox görmə instinki vasitəsilə məlumat alırıq. Gözlərimiz əşyanın rəngini, formasını və ölçüsünü fərqləndirir və onu beyinə ötürür.


Biz ətraf mühitdə olan səsləri qulaqlarımız vasitəsi ilə eşidirik. Qulaq insan yatarkən aktiv olan yeganə duyğu orqanıdır. Oyanmaq üçün saatın zənginə ehtiyac hiss etməyimizin səbəbi də budur.


Dəri duyğusu orqanları xarici mühitlə orqanizm arasında əlaqə yaradır. Bundan başqa dəri orqanizmi zədələnmələrdən qoruyur, temperatur tənzimində və tənəffüs prossesində iştirak edir.


Dadbilmə orqanı həzm kanalının başlanğıc hissəsində yəni dildə, damağda yerləşir. Bu orqan qəbul edilən qidanın dadını müəyyən edir. Uşaq iybilmə hissi-burun vasitəsi ilə həyata keçir. Burun ətraf mühitdə olan maddələrin qoxusunu təyin edir.