Ağ çörək yemək faydalıdırmı?

04 Oktyabr 2018 09:53

Uşaq ağlayırsa çörək ver, yəqin acdır sözlərini hər biriniz eşitmisiz. Bəzi valideynlər körpəni sakitləşdirmək üçün bu vasitədən istifadə edir. Yəni ağlayan uşağa çörək və ya peçenye, şirniyyat verirlər. Lakin ağ undan hazırlanan məhsulların orqanizmə heç bir faydası yoxdur. Əksinə ziyanı  var.Həkim Azər Seyidəliyev deyir ki, ağ çörəyin tərkibində vitaminlər və minerallar olduqca azdır. Buna görə də uşaq orqanizmi üçün xeyirli qida sayılmır.Uşaqlara qara çörək, çovdar unundan hazırlanan qidaların  verilməsi tövsiyə olunur. Bu həm azyaşlıların zehni inkişafına, həm də sağlamlığına müsbət təsir göstərər. Uşaqlara axşam saatlarında çox çörək yedirtmək olmaz. Çünki, bu saatlarda onlar az hərəkətli olur. Nəticədə çörək həzm olunmur. Bu da balacalarda artıq çəki problemlərinə gətirib çıxarır.