Torpaq sürüşməsi hansı hallarda baş verir?- Video

16 2020 11:30

Təbiət hadisələrindən biri də torpaq sürüşməsidi. Sürüşmə - ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu yerdəyişməsinə deyilir.


Böyük sürüşmə zonaları əsasən, təbii amillərin təsirindən baş verir və yamac boyunca yüz metrlərlə sahəni əhatə edir. Sürüşmənin baş verməsinin səbəblərindən biri dağ yamaclarında ot örtüyünün və ağacların olmamasıdır.


Sürüşmələr 10° və daha çox meylliliyi olan yamaclarda baş verir. Gilli suxurlara malik zonalarda isə hətta 5-7° meylliliyi olan yamaclarda belə sürüşmələrə təsadüf olunur.


Torpaq sürüşməsinin qarşısını almaq üçün bitki örtüyünün salınması olduqca vacibdir. Həmçinin yamacların eninə şumlanması və qrunt sularının ərazidən uzaqlaşdırılması da müsbət nəticə verir.