Kanon musiqi alətinə qızların marağı daha çoxdur- Video

17 2020 16:09


Özünəməxsus səsi və görünüşü ilə seçilən musiqi alətlərindən biri də kanondur. Ona qanun da deyilir. Quba Uşaq İncəsənət Məktəbində 1987-ci ildən etibarən kanon  ifaçılığı tədris olunur. Bu musiqi alətinə qızlar arasında maraq daha çoxdur.


Kanon sinfində 6 şagird təhsil alır. İstedadlı məktəblilər həm xalq musiqilərini, həm də yerli və xarici bəstəkarların əsərlərini ifa edirlər.


Musiqiçi dostlarımız bir sıra müsabiqələrdə iştirak ediblər. Ötən il Uşaq və gənclər arasında keçirilən Xalq çalğı Alətləri ifaçılarını 4-cü respublika müsabiqəsində  uğurla çıxış edərək diploma layiq görülüblər.


Azərbaycanın ilk kanon ifaçısı Asya Tağıyeva olub. 1959-cu ildə onun ifasında ilk dəfə bu alətdə "Bayatı-Şiraz" və "Çahargah" muğamları vala yazılıb.