Məktəblilərə Qədim Şabran şəhəri haqqında məlumat verilib- Video

17 2020 16:10

Qədim Şabran şəhəri Bakıdan 122 km məsafədə, Şabrançayın sahilində yerləşir. Şəhərin qalıqları Şabran rayonunun  Şahnəzərli kəndinin yaxınlığındadır. Kənddə yaşayan məktəblilər bu tarixi məkan haqqında ətraflı məlumata sahibdilər.Qədim tikililər əsrlər boyu torpaq eroziyası nəticəsində tədricən çöküb, dağılıb. Lakin qala divarlarının bir hissəsi hələ də qalmaqdadır. Müdafiə səddinin X əsrə aid olduğu ehtimal olunur.Arxeoloji qazıntılar zamanı  burdan erkən orta əsrlərə məxsus maddi mədəniyyət nümunələri aşkarlanıb.Görkəmli Azərbaycan şairi  Əfzələddin Xaqani Qədim Şabran şəhərində məhz burda həbsdə saxlanılıb.Tarixi mənbələrə əsasən Qədim Şabran şəhərində 18-ci əsrin sonlarına qədər yaşayış olub. Bu gün isə ora qoruq kimi fəaliyyət göstərir. Tarixi məkanı hər il yüzlərlə xarici və yerli turist ziyarət edir.