Bakıda 20 Yanvar şəhidinin adı daşıyan məktəbdə xüsusi dərs keçirilib- Video

18 2020 10:32

20 Yanvar şəhidi İlqar İbrahimov adına Bakı şəhər 167 saylı tam orta məktəbdə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunan xüsusi dərs keçilib.  Şagirdlər və müəllimlər şəhidlərin xatirəsini ehtiramla anıblar. Dərsdə məktəblilər “Hər kəs Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün nə etməlidir?” mövzusunda müzakirələr aparıblar.

Şagirdlərə xalqımızın qəhrəmanlıq tarixi və keçdiyi mübarizə yolu haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, 1990-cı ilin 20 Yanvar günü neçə-neçə igid oğul və qızlarımız həlak olsalar da, azərbaycan xalqı öz əqidəsindən, azadlıq istəyindən dönmədi.

Daha sonra şagirdlər şəhid İlqar İbrahimovun büstü önünə qərənfillər düzüb, 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan kitab, foto və rəsm sərgisini izləyiblər.