Qubada məktəbdə Milli Qəhrəmanlar haqqında videoçarx nümayiş olunub- Video

18 2020 10:34

Quba rayonu Xucbala kənd tam orta məktəbində maraqlı təşşəbbüsə imza atılıb. Hər gün böyük tənəffüs vaxtı tədris ocağının foyesində Milli qəhrəmanlar haqqında videoçarxlar nümayiş olunur. Videoroliklərdə igid oğullarımızın həyatı, keçdiyi döyüş yolu haqqında məlumatlar təqdim edilir. Şagirdlər videoçarxları maraqla izləyirlər.

Milli qəhrəmanlardan bəhs edən videoçarxları müəllimlər və məktəblilər birgə hazırlayıblar.

Vətən uğrunda canını fəda edən, torpaqlarımızın müdafiəsi üçün döyüşən qəhrəmanlarımızın həyat yolunun təbliği şagirdlərin vətənpərvərlik ruhunda yetişməsinə müsbət təsir göstərir.

Məktəb kollektivi bu ənənəni davam etdirib digər şəhidlər haqqında da videoroliklər işləmək niyyətindədir.