20 Yanvar şəhidinə həsr olunan müsabiqənin qalibləri müəyyənləşib- Video

21 2020 11:29


"525-ci qəzet" esse və şeir müsabiqəsi keçirib. Müsabiqə 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyinə həsr olunub. Müsabiqənin  yekununda Şəfa Vəli “Anamın boyat dərdi” essesi ilə 1-ci yeri qazanıb.  Emin Piri “Qələmlə yazılanlar”, Heyran Cavadova “İyirmi”, İlahə Əhmədova “Qırmızıya bürünmüş qara tarix”, Günel Bayatlı  “Qəbirdə də Qarabağın özüyəm”  essesinə görə  - ikinciliyə layiq görülüblər.


7 nəfərə 3-cü yer təqdim olunub. Onlardan biri də Kənan Novruzovdur. O, “İllər keçsə də... yaşayacaq...” essesi ilə müsabiqəyə qatılıb.


Qaliblər pul mükfatı və diplomla təltif edilib. Müsabiqə iştirakçılarının esse və şeirləri kitab halında çap olunub. Kitab “Vətən - şəhid əmanəti" adlanır.