Məktəblilərə 20 Yanvar faciəsi haqqında məlumat verilib- Video

21 2020 11:33

Xaçmaz şəhər 9 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunan açıq dərslər keçirilib. İlk olaraq məktəblilər faciəni əks etdirən videoçarx  izləyiblər.

Şagirdlər 20 Yanvar faciəsi ilə bağlı onlara ünvanlanan sualları cavablandırıblar. Onlar bildiriblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu tərəfindən xalqımıza qarşı törədilən vəhşiliklər heç bir   insanlığa sığmır.  

Daha sonra 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan şerlər səsləndirilib.

Məktəblilər faciəni təsvir etdikləri əl işlərini nümayiş etdiriblər.