Qubada məktəblilər üçün xarici dil dərnəyi fəaliyyətə başlayıb- Video

22 2020 12:21

Quba Uşaq Gənclər İnkişaf mərkəzində xarici dil dərnəyi fəaliyyət göstərir.  Burada məktəblilər ingilis dilini öyrənirlər.

İngilis dili uşaqlara maraqlı üsullarla tədris olunur.  Söz yarışması,  əyləncəli oyunlar dili daha asan mənimsəməyə kömək edir.

Dərnəyin rəhbəri Gülnurə Orucova deyir ki, günü-gündən inkişaf edən dünyada xarici dil bilmək müasir dövrün tələbinə çevrilib. Dərsdən sonra məktəblilərin ingilis dili öyrənməsi çox müsbət haldır.  

İngilis dili kursunu bitirən dərnək üzvlərinə setifikat  veriləcək.