Azərbaycanda “Qırmızı kitab”a 200-dən çox heyvan növü daxil edilib- Video

22 2020 12:22

Qırmızı kitab - məhvolma təhlükəsi altında olan və nadir tapılan heyvan, bitki və göbələk növləri haqqında məlumat toplanan rəsmi dövlət kitabıdır. "Qırmızı kitab"lar beynəlxalq, milli və regional səviyyədə ola bilər. Respublikamızın “Qırmızı kitab”ının tərtib olunması üçün 1977-ci ildə qərar verilib. Kitab 1989-cu ildə nəşr olunub.

 Hazırda Azərbaycanın “Qırmızı kitabı”nın II nəşri yenidən işlənilib. Bura 300 bitki,14 göbələk, 223 heyvan növü daxil edilib. Həmin canlılardan 1-i qurdlar, 1-i xərçəngkimilər, 1 -i molyuska, 71-i həşərat, 6 –sı suda-quruda yaşayan, 14-ü sürünənlər, 9 –u balıq, 72 –si quş, 42 –si isə məməlilər sinfinə aiddir.

Azərbaycanda “Qırmızı kitab”a düşmüş bitki və heyvan növlərinin müdafiəsi üçün qoruqlar, yasaqlıqlar, milli parklar yaradılıb. Onlardan biri də Şahdağ milli parkıdır.  Burada Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən qonur ayı, nəcib maral, Avropa cüyürü, Qafqaz köpgəri, vaşaq, bərqud qartal, məzar qartalı, Qafqaz tetrası, Qafqaz uları və s. kimi canlılar qorunur.