Qlobal istiləşmə müasir dünyanın əsas problemlərindəndir- Video

22 2020 12:25


Qlobal istiləşmə, iqlim dəyişikliyi, bəzi heyvan və bitki növlərinin nəslinin kəsilməsi, ozon qatının deşilməsi, havanın çirklənməsi yaşadığımız planetin hazırda başlıca problemləridir. Bu süjetimizdə məktəbli dostlarımızla qlobal istiləşmə və onun yaratdığı fəsadlar haqqında danışacayıq.


Temperatur yüksəldikcə bir çox bitki və heyvanların yaşayış yerləri dəyişikliklərə məruz qalır. Bu da iqlimə uyğunlaşa bilməyən bəzi növlərin məhv olmasına səbəb olur.  Temperatur artımı əsasən ötən əsrin son 25 ilinin payına düşüb. Araşdırmalara əsasən, 1980 -1990-cı illər son 400 ilin ən isti  dövrü hesab edilir. Qlobal istiləşmə hava dəyişikliklərinə səbəb olur. Nəticədə meşə yanğınları, quraqlıq,  tropik qasırğalar dünyanı öz ağuşuna alıb.


Alimlər müəyyənləşdirib ki, temperatur artımı bu sürətlə davam edərsə XXI əsrin sonunda Şimal Buzlu Okeanındakı buz qatı tamamilə əriyə bilər. Qlobal istiləşmə ilə mübarizə mövzusunda hər il beynəlxalq konfranslar təşkil olunur, maarifləndirici tədbirlər keçirilir. 1997-ci ildə Yaponiyanın Kioto şəhərində dünya dövlətləri tərəfindən Kioto protokolu qəbul edilib və beynəlxalq sənəd 2005-ci ildə qüvvəyə minib. Kioto protokolunun əsas mahiyyəti  iqlim dəyişməsinin mənfi təsirlərinin azaldılması istiqamətində addımlar atmaq, atmosferə atılan zərərli qazların miqdarının azaldılması, təbiətə daha az zərər vuran texnologiyalardan istifadədir.