Yanğınsöndürən balonlar yanğının genişlənməsinin qarşısını alır- Video

22 2020 12:30

Yanğının qarşısının alınmasında istifadə olunan ilkin yanğınsöndürmə vasitələrindən biri də odsöndürən balonlardır. Kiçik miqyaslı yanğınların söndürülməsində bu cihazdan geniş istifadə olunur. Odsöndürən balonun içərisində  xüsusi maddə olur. Görək dostlarımız yanğınsöndürən balondan istifadə qaydasını bilirlərmi?


Tikililərdə, nəqliyyat vasitələrində odsöndürən balonun olması vacibdir.  Yanğın söndürən cihazlar tez və rahat istifadə olunacaq bir yerdə yerləşdirilməlidir.


Yanğın zamanı diqqətli olmalıyıq! Unutmayaq ki, bu bizim həyatımız üçün önəmlidir.


Dostlar, əgər yanğının miqyası böyük olarsa, onu ilkin mərhələdə söndürmək  mümkün deyilsə dərhal telefonla 101 və ya 113 nömrələrinə zəng vuraraq yanğından mühafizə orqanına xəbər vermək lazımdır. Bu zaman yanğının baş verdiyi ünvanı, həmçinin öz adınızı və soyadınızı  deməyi unutmayın.