Məktəblilər "Çuxur hamam"a ekskursiya edib- Video

23 2020 15:08

Qubada yerləşən qədim tikililərdən biri də Gümbəzli hamamdır. Məktəblilər tarixi abidəyə ekskursiya edib , hamam haqqında məlumatlar öyrəniblər. Günbəzli hamam XIX əsrə aiddir. El arasında  “Çuxur hamam”, “Bəkir hamamı” və “Məşədi Əlimərdan hamamı” adları ilə də tanınır.

Gümbəzli hamam 1985-ci ilə kimi istifadə edilib. Tikili ümumi zaldan, 4 xüsusi otaqdan,  3 istirahət otağından ibarətdir. Hamam qırmızı kərpicdən inşa olunub. Elə bu səbəbdən  yerli əhali bura Qırmızı hamam da deyir.  Gümbəzli hamamda bir istilik sobası olub. Maraqlıdır ki, tək bu soba ilə bütün tikili qızdırılıb.

2015-ci ildə memarlıq abidəsində bərpa işləri aparılıb. 2018-ci ildən  Gümbəzli hamam” muzey kimi fəaliyyət göstərir.