Uşaqlara yüksək tonda və dinamik musiqi dinlətmək olmaz- Video

23 2020 15:09


Dünya görüşün, zövqün formalaşmasında musiqinin rolu böyükdür. Uşağın kiçik yaşlarından dinlədiyi musiqi onun psixologiyasına mühüm təsir göstərir. Bəs valideynlər övladlarına hansı musiqiləri dinlətməlidirlər?


Psixoloqlar bildirirlər ki, kiçik yaşlarda uşaqlara davamlı olaraq yüksək tonda, dinamik musiqilər dinlətmək olmaz. Onlar üçün həzin musiqilərə üstünlük verilməlidir. Evdə hər dəfə  fərqli və balacaların zövqünə oxşayan musiqilər səsləndirmək  məsləhətdir.


Musiqi müəllimi Təranə Əmrullayeva deyir ki, bəzi valideynlər evdə birmənalı olaraq əcnəbi dildə olan mahnılar səsləndirir. Bir çox uşaqlar bu mahnıların sözlərini, musiqisini anlaya bilmir. Azyaşlıların digər xalqların musiqi ilə tanış olması lazımdır, ancaq kiçik yaşlarda onların daha çox milli musiqilərimizə, uşaq mahnılarına qulaq asması yaxşı olardı. Bu balacaların milli ruhda tərbiyə almasına kömək edir.


Musiqi uşaqların mənəvi dünyasının zənginləşməsinə böyük təsir  göstərir. Bu baxımdan hər bir valideyn uşaqlar üçün musiqi seçiminə məsuliyyətlə yanaşmalıdır.