Bakıdakı Dendra parkında 1800 növədək ağac və bitki var- Video

24 2020 14:10

Dendra adı yunan dilindəki “dendra” sözündən götürülüb, mənası “nadir ağaclar məskəni” deməkdi.  Mərdəkanda yerləşən Dendra parkının ümumi sahəsi 24 hektardır. Burada 1800 növədək ağac və kol bitkisi var. Qapalı sahədə 150-yə yaxın bitki növünü görmək mümkündür. Dendraridə   Nəsli kəsilməkdə olan nadir endemik bitkilərə xüsusi guşə ayrılıb. Burada Azərbaycanın Qırmızı Kitabına salınmış 141 növ ağacdan 69-u yetişdirilir.

Mərdəkan dendrarisi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağ evi olub. O zaman bağın torpağı əkin üçün yararlı olmadığından Murtuza Muxtarov bura Lənkərandan münbit torpaq gətirdib və sonra  zəngin bitki kolleksiyaları yaradılıb.

Eyni zamanda “Qorxma, mən səninləyəm”,  “Dərviş Parisi partladır”, “Başsız atlı” kimi filmlərin bəzi səhnələri  parkın ərazisində lentə alınıb.

Bağın içində 29 metr dərinliyində  su quyusu var. Hazırda su quyunun 19 metrliyindədir.