Xaçmazda məktəblilər fəal oxucular üçün “səyyar kitabxana” təşkil edib- Video

24 2020 14:12

Ölkənin ilk uşaq kanalı “ARB Günəş”  Xaçmaz rayonu, Əhmədoba kənd kitabxanasının fəal oxucuları ilə birlikdə səyyar kitabxana təşkil edib. Mütaliə həvəskarları İzafə, Nazənin və Nuray kənddə yaşayan məktəbli dostları  üçün  müxtəlif kitablar aparıblar.

Məktəbilərin məqsədi uşaqların əldə edə bilmədiyi kitabları onlar üçün əlçatan etmək və onların mütaliəyə olan marağını artırmaqdır.

Məktəblilər oxuculara “Tələtin sirri”, “Ulduz pərisi”, “Abdulla Şaiqin
seçilmiş əsərləri” və “Abbas Səhətin təmsilləri” və digər  kitabları təqdim ediblər. Uşaqlar yeni kitablar əldə etdikləri üçün çox məmnun idilər.

Fəal oxucular aksiyanı digər kəndlərdə də təşkil etmək niyyətindədilər.