Yağış necə yaranır?- Video

27 2020 13:47

Təbiət hadisələrindən biri də yağışdı. Milyonlarla su damlası səmadan yerə düşür. Bəlkə göydə də dəniz  ya okean var? – Yox, bu tamam başqa bir prosesdir.  Bəs görəsən yağış necə yaranır?   

Günəş şüalarının təsiri ilə okeanlardan, dənizlərdən, çay və göllərdən su buxarlanır. Buxarlanan su soyuq hava kütlələrinin təsiri nəticəsində soyuyub buluda çevrilir. Sonra buludun içərisindəki buxar yenidən maye halına keçir və xırda su damcıları əmələ gəlir. Onlar da bir birini cəzb edərək birləşir, tədricən böyüyürlər. Nəhayət ağırlığa tab gətirməyən damcılar göydən yerə tökülür.

Respublikamızın relyefi müxtəlif olduğu üçün yağıntılar da qeyri bərabər paylanır.

Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə ölçülür və mm-lə ifadə olunur. Atmosfer yağıntıları yağışölçən, plüvioqraf və digər xüsusi cihazlarla ölçülür.

Yağış təbiətdə su dövranının tərkib hissəsidir. Suyun dövranı iki cür baş verir. Kiçik su dövranı zamanı okeandan buxarlanan suyun bir hissəsi yağıntı halında yenidən birbaşa okeana qayıdır. Suyun böyük dövranı zamanı isə buxarlanan suyun bir hissəsi isə külək vasitəsilə materiklərin üzərinə aparılır. Quru ərazilərə düşən yağış suları çaylar vasitəsilə axaraq okeana tökülür.