Batereyalı oyuncaqlar uşaqların sağlamlığına ziyan vura bilər- Video

29 2020 09:01


Uşaqları oyuncaqlarsız təsəvvür etmək mümkün deyil. Balacaların fiziki və əqli inkişafında oyuncaqların rolu böyükdür. Lakin elə oyucaqlar var ki, onlar uşaqlar üçün təhlükəlidir. Belə oyuncaqlardan biri də batareyanan işləyən oyuncaqlardı.


Bu cür oyuncaqların tərkibində radioktiv və kimyəvi maddələrin olması uşaqlar üçün təhlükəli ola bilər. Bəs görəsən valideynlər bu cür oyuncaqlar alan zaman nələrə diqqət edirlər.


Övladınıza oyuncaq alan zaman onun yaşını nəzərə alın. Çünki, belə oyuncaqlardan daha çox, batereyaları uşaqlar üçün maraqlı olur. Bəzən uşaqlar oyuncaq xarab olduğdan sonra, batareyasınan oynayır. Onu dişləyir və ya ağsına salır. Bu da uşaq orqanizmi üçün təhlükəlidir.


Oyuncaqlar görünüşcə sağlam olmalıdır. Onların uşağlara xəsarət yetirmə ehtimalı olmamalıdır. Uşaqlara əzilmiş, deçici və qırılmış oyuncaqların alınması məsləhət deyil.