Bakıda istedadlı yeniyetmənin rəsm sərgisi keçirilib- Video

29 2020 09:02

Mehrin İbrahimovanın “Mehrinin rəngli dünyası’’ adlı fərdi rəsm sərgisi baş tutub. Sərgidə istedadlı dostumuzun müxtəlif janr və mövzularda  çəkdiyi 30-a yaxın rəsm əsəri nümayiş etdirilib. O, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “Dekorativ rəsm dərnəyi”nin üzvüdür.

16 yaşlı Mehri 3 ildir ki, rəsmlə məşğul olur. Nitq məhdudiyyətli olsa da bu dostumuzu ruhdan salmır. Onun ən böyük istəyi peşəkar rəssam olmaqdır.

Sərginin açılış mərasiminə Mehrinin yaxınları, dostları və digər qonaqlar qatılıblar. İştirakçılar istedadlı dostumuzun əl işlərini bəyənib və  ona yaradıcılığında uğurlar arzulayıblar.

Tədbirin sonunda mərkəz tərəfindən Mehriyə diplom və hədiyyə təqdim olunub.