Ana südü ilə qidalanmanın hansı faydaları var?

05 Oktyabr 2018 11:26

1-7 oktyabr “Ümumdünya ana südü ilə qidalanma həftəsi” dir. Səhiyyə Nazirliyi UNİCEF-in birgə təşkilatçılığı ilə hər il avqust və oktyabr aylarının ilk həftələrində ana südünün faydalarına həsr edilən müxtəlif tədbirlər keçirilir. Məqsəd ana südünün uşağın inkişafında və immun sisteminin güclənməsində əhəmiyyəti haqqında valideyləri məlumatlandırmaqdır.Balaca dostumuz Sübhanın 1 yaşı var. O, uzun müddət ana südü ilə qidalanıb. Buna görə də sağlamdır. Həkimlər körpənin ilk 6 ayına qədər yalnız ana südü ilə qidalandırılmasını  tövsiyə edir. Çünki, ana südü körpəni ehtiyacı olan bütün qida maddələri ilə təmin etməyin ən yaxşı yoludur. Sonrakı dövrlərdə əlavə bəsləyici qidalar da uşağın gündəlik rasionunda yer ala bilər. Mütəxəssislər bildirir ki, körpəsinə süd verən analar gündəlik qəbul etdikləri qidalara diqqət yetirməlidir. Zülal və kalsiumla zəngin balıq əti, taxıl və süd məhsullarına üstünlük verilməlidir. Çay, süd kimi mayelərlə yanaşı, ana sutka ərzində 6-8 stəkan təmiz su içməlidir.