Məktəblilər uşaq şerlərinin müəllifi Abdulla Şaiqin ev muzeyində olub- ARB Günəş

30 2020 11:25

O uşaqların sevimli şairidir. Şeirləri dillər əzbəridir. “Xoruz”, “Keçi”, “Dovşan”, “Quzu” və s.  Bu şeirlərin müəllifi Abdulla Şaiqdir. Bu gün dostlarımızla birgə şairin ev muzeyini ziyarət edəcəyik. Abdulla Şaiq 1881-ci ildə Tiflisdə dünyaya göz açıb. 1916-cı ildə anası və qardaşı ilə bərabər bu mənzilə köçərək 1957-ci ilə kimi burada yaşayıb yaradıb.

Ömrünün 34 ilini Azərbaycan təhsilinin, uşaq əəbiyyatının inkişafına həsr edən Abdulla Şaiq  maarif və məktəb işləri ilə məşğul olub. O, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını arayıb tapmışdır. Eyni zamanda   “Əlifba” kitabı və müxtəlif  dərsliklər hazırlayıb. Ev muzeyində şairə və ailəsinə məxsus xatirə əşyaları nümayiş olunur. Burada Abdulla Şaiqin kitablarını, orijinal fotolarını, əlyazmalarını görmək mümkündür.

Abdulla Şaiqin qələmə aldığı “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” pyesləri uşaqlar tərəfindən bu gün də sevə-sevə izlənilir. Azərbaycan Dövlət Kukla Teatrı görkəmli ədibin adını daşıyır.