Yer üzündəki su ehtiyatlarının cəmi 2%-i şirin sulardır- Video

30 2020 11:48

Su olmasa, yer üzündə nə insan, nə də digər canlı və bitki növləri mövcud olmaz. Təbiətdəki əsas su mənbələri çaygöldəniz , okean, yeraltı sular və buzlaqlardır. Planetimizdəki su ehtiyatlarının 2%-ə qədəri şirin sulardır. Dəniz və okean suları isə duzludur.  İçməli su kimi məhz şirin sudan istifadə edirik.

Görəsən su olmasaydı yer üzü necə görünərdi? Yəqin ki, hər tərəf səhralardan ibarət olardı. Dənizlərin yerində  boş, iri çökəkliklər qalardı. Göy üzündə isə buludlar olmazdı.

Dostlar, su ehtiyatları tükənməz deyil. Dünyanın bir çox bölgələri içməli su qıtlığından əziyyət çəkir. Buna görə də hər kəs suya qənaət etməlidir. Bəs su israfını necə azalda bilərik?

Dünyada içməli suyun çatışmazlığından əziyyət çəkən insanların yarısı Hindistan və Çində, digərləri isə Avstraliya, Banqladeş, Pakistan, Meksika və ABŞ-ın cənub-qərbindədir. Ümumilikdə su çatışmazlığı ilə hər il təxminən 4 milyard insan üzləşir. Buna görə də suyu israf etmək, onu boş yerə axıtmaq olmaz. Həmçinin su hövzələrini təmiz saxlamaq, çirklənmədən qorumaq lazımdır.