Fiziki tərbiyə məşğələləri uşaq orqanizmi üçün faydalıdır- Video

30 2020 12:09

Bura Şabran şəhər 1 saylı uşaq bağçasıdır. Balaca dostlarımız idmanı çox sevirlər. Onlar bağçada keçirilən fiziki tərbiyə məşğələlərində həvəslə iştirak edirlər.

İdman məşğələsi həftədə 2 gün keçilir. Bağçanın idman zalında balacalara müxtəlif gimnastik hərəkətlər, tək ayaq üstə yeriş və topla davranış qaydaları öyrədilir.

İdman inkişafda olan uşaq orqanizmi üçün faydalıdır. Belə ki, fiziki hərəkət uşaqların əzələlərinin möhkəmlənməsinə, onlarda düzgün qamətin formalaşmasına kömək edir, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

Fiziki tərbiyə məşğələlərində təşkil olunan oyunlar uşaqların idmana olan marağını artırır.