Quba Peşə Liseyində kənd təsərrüfatı üzrə ixtisaslarda 20 tələbə təhsil alır- Video

30 2020 12:17

Quba Peşə Liseyində kənd təsərrüfatı üzrə ixtisaslaşan fakultələr fəaliyyət göstərir. Hazırda təhsil müəssisəsində traktorçu-maşinist, təmirçi-çilingər ixtisasları üzrə 20 tələbə təhsil alır.

Yeniyetmələrin kənd təsərrüfatı sahəsinə marağı böyükdü. Onlar əyani vəsaitlərdən istifadə edərək təhsil aldıqları peşənin sirlərini öyrənməyə çalışırlar. Tələbələr dərslərdə kənd təsərrüfatı texnikalarının idarəetməsi, iş prinsipi və ehtiyat hissələri ilə yaxından tanış olurlar.

Müəllim Rauf Mirzəyev deyir ki, əmək bazarında traktorçu, maşinist və digər kənd təsərrüfatı mütəxəssislərinə təlabat çoxdur. Bunun da əsas səbəbi Quba rayonunun kənd təsərrüfatı üzrə ixtisaslaşmasıdır.

Şagirdlər biliklərini artırıb gələcəkdə peşəkar mütəxəssis olmaq arzusundadılar.