Məktəblilər donmuş Ləzə şəlaləsinə ekskursiya edib- Video

30 2020 12:19


Şəlalə elə eyniadlı kənddə - Qusar rayonunun Ləzə kəndi ərazisində yerləşir. Yaşayış məntəqəsi dəniz səviyyəsindən 1300 metr yüksəklikdə, Qafqaz sıra dağlarının şimal-şərqində qərar tutub. Bu ərazidə 10-a yaxın dağ şəlaləsi var. Ən maraqlısı isə odur ki, bu şəlalələr qış vaxtı donur və heyrətamiz mənzərə yaradır.


Şəlaləyə gedən yol elə də asan deyil. Bu gözəl mənzərəni yaxından seyr etmək üçün qarlı-buzlu cığırlardan keçmək lazımdır.


Ləzə şəlaləsi ölkəmizin nadir təbiət incilərindən biridir. Sıldırım qayalıqlardan müxtəlif hündürlükdə şəlalələr axır. Hər il donmuş şəlaləni, Şahdağı görmək, gəzmək üçün bura yerli və xarici turistlər gəlir.


Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir.