Yoluxucu xəstəliklərdən necə qoruna bilərik?- Video

31 2020 13:30


Qış aylarında uşaqlar arasında tez-tez mövsümi xəstəliklə rast gəlinir. Onlardan ən geniş yayılanı qripdir. Bu xəstəliyin əsas səbəbi viruslardır.


Həkim Şəlalə Həmidova deyir ki, orqanizmin möhkəm olması üçün gündəlik qidalanma rejiminə və yediyimiz ərzaqlara diqqət etməliyik. Vitaminlərlə zəngin meyvə və tərəvəz çox yemək lazımdır. Çöldə oynadıqdan sonra əllərinizi sabunla yaxşı-yaxşı yumaq mikrobların məhv olması üçün vacibdir.


Tam sağalmamış xəstə uşaqları bağçaya, məktəbə buraxmaq olmaz. Çünki, infeksion xəstəliklər digər uşaqlara yoluxa bilər.