Uşaqlara paylaşma duyğusu kiçik yaşlarda öyrədilməlidir- Video

31 2020 13:37


Uşaqlarda paylaşma anadangəlmə deyil sonradan qazanılan bir  duyğudur. Lakin onlarda bu vərdişin formalaşdırılmasına kiçik yaşlardan başlanmalıdır. İlk növbədə uşaqların özünə inam  hissi gücləndirmək, başqalarına hörmət və qayğı göstərməyi onlara aşılamaq lazımdır.


Psixoloqlar məsləhət görür ki, uşağın oyuncağını məcbur alıb başqasına vermək, tənqid etmək kimi üsullarla balacalara paylaşmaq duyğusunu aşılamaq mümkün deyil. Bu əksinə onlarda aqressiya yaradır. Paylaşma duyğusunu uşaqlara təlqin etməyin ən yaxşı yolu valideynin ona nümunə olmasıdır.


Uşaqlara bölüşmə, yardımlaşma mövzusunda olan nağıllar, hekayələr oxumaqla da onlarda paylaşma vərdişini formalaşdırmaq olar.