Bağçada uşaqlara yemək və salatların hazırlanma qaydası öyrədilib- Video

04 2020 14:51

Bu gün balaca dostlarımız tərbiyəçi ilə birlikdə yerkökü salatı hazırlayacaqlar.

Uşaqlar yaşlarının az olmasına baxmayaraq, bəzi qəlyanaltıları özləri hazırlaya bilirlər. Dostlarımız indidən aşpazlığın sirlərini öyrənməyə çalışırlar.

Bağçada uşaqlara yeməklərin və salatların hazırlanma qaydasının öyrədilməsi onlarda ilkin peşə vərdişlərini formalaşdırır.

Tərbiyəçi Vüsalə Aslanova deyir ki, salatları hazırlayan zaman uşaqların fantaziyasını da nəzərə alırıq. Bəzən qəlyanaltıları onların ideyaları əsasında bəzəyirik.

Analar evdə yemək hazırlayarkən uşaqların da kömək etməsinə şərait yarada bilərlər. Belə olduqda balacalar iştahla, sevə-sevə yemək yeyəcəklər.