Kitab necə çap olunur? - Video

04 2020 15:03

Qədim zamanlarda kitablar indiki formada olmayıb. Kağızın olmadığı dövrlərdə insanlar fikirlərini, məlumatları daş və gil lövhələr üzərində qeyd ediblər. Sonra heyvan dərisindən, papirusdan istifadə olunub. Kağızın kəşfi ilə bu sahədə xeyli irəliləyiş əldə edilib. Kitab hazırlamaq sahəsində ən böyük inqilab isə çap maşının ixtirası olub. Çünki, buna kimi kitablar əllə yazılıb çoxaldılırdı. Çap maşınının ixtiraçısı almaniyalı mətbəəçi İohan Qutenberqdir. Dünyada ilk kitab çapı Qutenberqin 1445-ci ildə öz mətbəəsində buraxdığı “Bibliya”dan 42 sətirlik bir hissə sayılır. 

Öncə müəllif kitabı yazır. Daha sonra əlyazmalar mətbəəyə göndərilir. Burada çap maşınları vasitəsi ilə kitab çap olunur. Müasir dövrdə ən çox Offset çap üsulundan istifadə edilir. Səhifələr çap edildikdən sonra vərəqlər xüsusi qurğu vasitəsilə yapışdırılaraq və ya tikilərək bir-birinə bərkidilir.  Ardınca kitab cildlənir.


Əziz uşaqlar, kitabların necə zəhmət bahasına ərsəyə gəldiyini gördünüz. Unutmayın ki, kitabı səliqəli saxlamaq lazımdır. Onu yazmaq, cırmaq, vərəqlərini qatlamaq olmaz!