Uşaqları ev işlərinə necə alışdıra bilərik?

05 Oktyabr 2018 11:32

Elə dostlarımız var ki, otağında səliqə səhmana fikir vermir, ev işləri görməkdə çətinlik çəkirlər. Məsələn, elə Vüsal və Rəvan kimi. Uşaqları 5-6 yaşından bacardıqları sadə ev işləri görməyə alışdırmaq lazımdır. Belə olan halda azyaşlılar məsuliyyətli olmağı öyrənəcəklər. Balacaları həvəsləndirmək üçün, işini qiymətləndirin. Uşaqları kiçik yaşlardan əməyə alışdırmaq onların zəhmətkeş və çalışqan ruhda tərbiyəsinə, gələcəkdə uğur qazanmasına kömək etmiş olar.