Toponimiya yer adlarını öyrənən elm sahəsidir- Video

04 2020 15:13

Yer adlarını öyrənən elm sahəsi toponimiya adlanır. Toponim yunan mənşəli söz olub “topos-yer”, “onoma-ad” sözlərinin birləşməsindən yaranıb və  yer adı mənasını bildirir. Burada şəhər, kənd, dağ, küçə, təpə və başqa obyektlərin adlarının mənası, mənşəyi öyrənilir.  

Qubanın qədim yaşayış məntəqələrindən biri də Alpan kəndidir. Tarixçilərə görə, Alpan adının mənşəyi qədim Albaniyanın adı ilə bağlıdır.

Hazırda Alpanda 2000-dən artıq ev var.  Şərafəddin baba kəndin ən yaşlı sakinlərindən biridir. Ömrünün 85 ilini burada keçirib. O deyir ki, Alpan kəndinin tarixi Quba şəhərindən də qədimdir.

Dostlar, toponimlərdən danışırıqsa bir maraqlı faktı sizə deməyim yerinə düşər. Dünyanın ən uzun coğrafi adı - Yeni Zelandiyadakı bir təpənin adıdır. Bu ad nə az, nə çox düz  85 hərfdən ibarətdir. Yerli sakinlər  isə qısa olaraq təpəyə Taumata deyirlər.