Bakı funikulyoru uşaqların sevimli əyləncə məkanlarındandır- Video

05 2020 17:44

Ökləmizin paytaxtı gəzməli-görməli, tarixi məkanları, əyləncə yerləri ilə görənləri heyran edir. Belə məkanlardan biri də Bakı Funikulyorudur. Funikulyor tanınmış dövlət xadimi, əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib və 1960-cı ildə istifadəyə verilib. Bəhram Gur və Şəhidlər xiyabanı adlı iki stansiyası mövcuddur. Stansiyalar arasındakı məsafə 455 metrdir.

Funikulyor 2011-2012-ci illərdə əsaslı təmir olunaraq tam müasir görkəmdə qurulub.  Qatarlar kompüter sistemi ilə idarə olunur. Bakı Funikulyoru uşaqların sevimli əyləncə və səyahət məkanıdır. Onlar “Dağüstü Park”a çıxaraq şəhərin gözəl mənzərəsini seyr edirlər.

Bakı funikulyoru qış mövsümündə səhər saat 10-dan axşam saat 20-dək, yayda isə səhər saat 10-dan axşam saat 22-dək fəaliyyət göstrərir.