Dərslərin əyləncəli keçirilməsi şagirdləri yormur- Video

05 2020 17:57


Uzun dərs çalışmaları zamanı  hər bir məktəbli müəyyən qədər də olsa yorğunluq hiss edir. Bədən yorğun olanda isə beynin məlumat qəbul etmək  qabiliyyəti aşağı düşür. Bu zaman müəyyən üsullarla yorğunluğu dəf etmək və fəallığı artırmaq olar.


Müəllim Nərmin Nəcəfova dərsləri əyləncəli şəkildə təşkil etməyə üstünlük verir. Belə ki, şagirdlər bir qədər çalışdıqdan sonra qısa idman və musiqi fasilələrinə vaxt ayırırlar.


Əyləncəli metodlar uşaqların dərsə marağını artırır. Kiçik məşqlərdən sonra diqqəti bir yerə cəmləmək daha rahat olur, beyin yorğunluğu da aradan qalxır.  


Mütəxəssislər məsləhət görür ki, şagirdlər təkcə məktəbdə deyil, evdə dərs hazırlayarkən də bu cür üsullardan yararlansınlar.