Xaçmazda məktəblilər velosiped yürüşünə qatılıb- Video

06 2020 16:22

Xaçmaz rayonu, Uzunoba kənd məktəbinin şagirdləri velosiped yürüşü keçiriblər. Yürüşə kəndin mərkəzindən start verilib. Marafonda 15 məktəbli iştirak edib.

Velosiped yürüşlərinin keçirilməsi məktəblilər arasında ənənə halını alıb. Həvəskarlar ilk  vaxtlarda 3-4 kilometrlik məsafə qət edirdilər. Daha sonra məsafəni bir qədər  də artırıblar.

Dostlarımızın yürüşü təşkil etməkdə məqsədi uşaqlar arasında  velosiped idmanına marağı artırmaq, sağlam həyat tərzini təbliğ etməkdi.

Velosiped həvəskarları gələcəkdə yürüşə daha çox məktəbli cəlb etmək  niyyətindədilər.