Nağıl dinləmək uşaqların yaddaşını möhkəmləndirir- Video

06 2020 16:45

Simnarə nənə uzun qış axşamlarında nəvələrini başına toplayıb onlara nağıllar  danışır. Uşaqlar da maraqla bu nağılları dinləyirlər. Nənə deyir ki, nağıla qulaq asandan sonra balacalar şirin-şirin yatırlar.

Uşaqlar üçün nağıl dinləmək təkcə bir əyləncə deyil, həm də öyrənmə prosesidir. Onlar nağıllar vasitəsilə yaxşını və pisi, doğrunu və yanlışı ayırd etməyi öyrənir.

Nağıl qəhrəmanlarının macəraları uşaqlar üçün çox maraqlı olduğundan onların davranışları da yaddaqalan olur. Buna görə də balacalar müsbət obrazlara bənzəmək istəyir, onların davranışından nümunə götürür.

Nağıl dinləmək uşaqların söz ehtiyatını artırır, yaddaşını möhkəmləndirir.