Xaçmazlı gənc "SABAHIN MÜƏLLİMİ" təcrübə proqramında iştirak edir- Video

07 2020 11:17


Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin etmək məqsədilə “SABAH” qrupları yaradılıb. Bu qruplara savadlı, bacarıqlı tələbələrmüsabiqə yolu ilə seçilir. Belə tələbələrdən biridə İnci Məmmədovadır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Sabah” qrupları fakültəsinin 3-cü kurs tələbəsidir. Gələcəyin pedaqoqu riyaziyyat-informatika ixtisası üzrə təhsil alır. İnci SABAH qrupları layihəsinin “SABAHın müəllimi” təcrübə proqramı çərçivəsində Xaçmaz rayonu Qıraqlı kənd ümumi orta məktəbində  praktika keçir.


2019-2020-ci tədris ilindən start verilən “SABAHın müəllimi” təcrübə proqramı SABAH qruplarının pedaqoji ixtisasları üzrə təhsil alan III kurs tələbələri üçün nəzərdə tutulub. Üç istiqamət üzrə - “STEAM” siniflərində, kənd məktəblərində və  “Sağlam təhsil” siniflərində aparılacaq təcrübə proqramı ümumilikdə 126 tələbə və 56 məktəbi əhatə edir. İnci elə Xaçmaz rayonu Qıraqlı kənd ümumi ortaməktəbinin yetirməsidir.  Bir zamanlar şagird kimi oxuduğu məktəbdə təcrübə keçmək onun üçün sevindiricidir.


Təcrübə proqramının əsas məqsədi tələbələrin qazandıqları bilik və bacarıqları uşaqlara ötürərək töhfə vermələridir.Sabahın müəllimi ilə görüş məktəbli dostlarımızda da xoş təssüratlar yaradıb.


Kənd məktəblərində təcrübə proqramı çərçivəsində 33 tələbə ucqar kəndlərdə yerləşən ümumtəhsil məktəblərində təcrübə keçirlər. Təcrübə 27 kənd üzrə 32 məktəbi əhatə edir.