Termometr uşaqların əli çatmayan yerdə saxlanılmalıdır- Video

07 2020 12:27

Termometr sözü qədim yunancadan tərcümədə: “Thermos” istilik, “metron” ölçü deməkdir. Bu cihazdan insan bədəninin hərarətini və ya havanın temperaturunu ölçmək üçün istifadə olunur.  İlk termometri XVI əsrdə italyan alimi Qalileo Qaliley icad edib.  Cihaz şüşə boru, maye balonu və şkaladan ibarətdir. Maye balonunun içinə rəngli spirt və yaxud civə doldurulur.   

İnsan bədəninin normal temperaturu 37 dərəcədir. Uşaqlarda hərarət bir qədər yuxarı, yaşlılarda isə bir qədər aşağı olur. Bədənin temperaturunu ölçmək üçün termometri elə qoymaq lazımdır ki, civəli hissəsinin hər tərəfi qoltuq çuxurunun ən dərin yerində bədənə toxunsun. Cihaz ən azı 10 dəqiqə orada qalmalıdır. Termometrlə bədənin arasına paltar girməməlidir.

Termometrin içərisindəki civə zəhərli maddə olduğu üçün uşaqların əli çatmayan yerdə saxlanmalıdır.