Şabranda məktəblilərin əl işləri nümayiş olunub- Video

07 2020 12:50

Şabran şəhər Tarix Diyarşünaslıq Muzeyində rəssamlıq dərnəyində təhsil alan məktəblilərin rəsmlərindən ibarət ekspozisiya nümayiş olunur. Burada istedadlı dostlarımızın bir çox maraqlı  əl işlərini  görmək olar. Rəsmlər müxtəlif janrlarda çəkilib.

Fırça həvəskarları müxtəlif sərgilərdə iştirak ediblər. Onların əl işləri izləyicilərin marağına səbəb olub. Hətta sərgi zamanı rəsmlərdən bir neçəsi qonaqlar tərəfindən bəyənilərək satın alınıb. Rəngkar dostlarımız ruhlanaraq daha da həvəslə çalışırlar.

Muzeyin direktoru Bəsti Məmmədova deyir ki, tez-tez istedadlı şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunur. Məqsəd fırça həvəskarlarına dəstək olmaq, onlara stimul verməkdir.