Fortepiano geniş səs diapazonuna malik musiqi alətidir- Video

11 2020 14:48


Fortepiano adının mənası italyanca "forte" - möhkəm, piano isə "səssiz" deməkdir. Bu da musiqi alətinin səs imkanları ilə bağlıdır. Fortepiano Avropa mədəniyyətinə aid musiqi alətidir.  Bu alət Qərbdə yaranıb inkişaf etsə də, zaman keçdikcə bütün dünyada populyarlaşıb. Azərbaycanda fortepiano musiqisinin yaranması, inkişaf tarixi isə dahi bəstəkar Üzeyir Hacıbəyovun və peşəkar musiqi təhsili almış ilk azərbaycanlı bəstəkar Asəf Zeynallının adı ilə bağlıdır.


Fortepiano geniş imkanlara malik alətdir.  Onun səs diapazonu az qala bütün  musiqi alətlərinin səs diapazonunu əhatə edir. Bethoven,  Şubert, Şuman, Mendelson, Şopen, List, Çaykovski kimi bəstəkarların yaradıcılığında fortepiano əsərləri xüsusi yer tutur. Hətta Şopeni "fortepianonun qəlbi" adlandırırlar.


Fortepianoya düzgün qulluq olunmasa səs tembri dəyişər. Alətin mexanizmi və hamar korpusu tez korlandığından onun xüsusi qulluğa ehtiyacı var. Hazırlandığı material nəmi özünə tez çəkir və alət şişir. Ona görə də fortepiano 18-25 dərəcə istilik olan otaqda saxlanmalıdır. Aləti pəncərə və qapı kandarında yerləşdirmək olmaz. Onu küləkdən qorumaq lazımdır.  Dəmir simləri isə quru, məxmər əski ilə silmək  məsləhətdir.