Bakıda məktəblilər süni intellekt əsasında robot hazırlayıb- Video

11 2020 14:54

Süni intellekt  insan məntiqini, zəkasını maşınlarda tətbiq edən riyazi elmdirİşinin əsasında süni intellekt duran cihazlardan demək olar hər gün istifadə edirik. Onlar ağıllı texnologiyalar  sayəsində çalışan mobil telefonlar, robotlar, avtomobillər, sənaye qurğuları, tibbi avadanlıqlar və başqa cihazlardır. Süni intellektin tətbiq olunduğu cihazlar əvvəlcədən müəyyən edilmiş alqoritmlər çərçivəsində fəaliyyət göstərir. Məktəbli dostlarımız süni intellekt əsasında robotlar hazırlayırlar. Onlar bu bilikləri STEAM dərslərində qazanıblar.


Dostumuz Nicat düşünür ki, onun süni intellekt əsasında  hazırladığı oyun insanların işini asanlaşdırır.


Erkinin robotexnikaya böyük marağı var. O, gələcəkdə süni intellekt əsasında daha mürəkkəb robotlar  hazırlamaq istəyir.


Süni intellekt ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O bu ifadəni işlədərkən süni intellekti "maşınları intellektual etmək elmi və mühəndisliyi" adlandırıb.


Robotexnika sahəsi və süni intellekt elmi bir-biri ilə sıx əlaqəlidir. Süni intellekti olan robotlara misal olaraq oyuncaq-robot Pleo, Aibo, Qrio və s. göstərmək olar.