Bakı şəhər 234 saylı məktəbdə "Müəllimlər Günü" ilə bağlı tədbiri keçirilib

08 Oktyabr 2018 09:25

Bakı şəhər 234 nömrəli tam orta məktəbin şagirdləri onlara elmin sirlərini öyrədən, şıltaqlıqlarına dözən müəllimləri üçün bayram şənliyi  təşkil ediblər. Tədbirdə çıxış edən məktəblilər onların savadlı, dünyagörüşlü, nümunəvi insan kimi yetişməsində müəllim əməyini yüksək qiymətləndirib, təbriklərini çatdırıblar.Tədbirin bədii hissəsində istedadlı dostlarımız şeir söyləyib, mahnı oxuyub, rəqs edib, səhnəciklər göstəriblər.Yunan filosofu Sokrat deyib ki, dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllim əməyinə əsla. Çünki, bütün alimlərin, filosofların və dahi şəxsiyyətlərin yetişməsində müəllimlərin əməyi əvəzolunmazdır.  Biz də müəllimlərə bu şərəfli yolda  uğurlar arzulayırıq.