Bakıda beynəlxalq müsabiqələrdə qalib gələn rəssamlar təltif olunub- Video

11 2020 14:57

2019-cu il ərzində beynəlxalq uşaq rəsm müsabiqələrində qalib olan gənc rəssamların “Bizim uğurlarımız” adlı təltifetmə mərasimi keçirilib. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir 3 nömrəli UGİM-də baş tutub. Təltietmə mərasimində nazirliyin əməkdaşları, müxtəlif ölkə səfirliklərinin nümayəndələri,  tanınmış rəssamlar və digər qonaqlar  iştirak edib. Ötən il 100-ə yaxın məktəbli beynəlxalq müsabiqələrdə uğur qazanıb.

Fırça həvəskarları Misir, Rusiya, Yaponiya, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya və digər ölkələrdə keçirilən rəsm müsabiqələrində iştirak ediblər. Onlar 4 qızıl, 6 gümüş medal, 51 diplom və 17 sertifikata layiq görülüblər.  

Tədbirin sonunda medal, diplom və sertifikatlar öz sahiblərinə təqdim olunub.