Mətnin düzgün ifadə olunmasında durğu işarələrinin rolu böyükdür- Video

12 2020 12:40

Durğu işarələri mətnin daha asan qavranılmasına, səsli oxu zamanı düzgün ifadəsinə kömək edir. Qədimdə yazı yazarkən durğu işarələrindən istifadə olunmurdu. Cümlələr arasında boşluq qoyulur və ya müəyyən naxış elementi çəkilirdi. Bu cür yazıları oxumaq rahat deyildi, çünki bir çox cümlələrin sual, yoxsa nəqli cümlə olduğu bilinmirdi. 


Zaman ötdükcə durğu işarələrindən istifadə olunmağa başlandı. İlk vaxtlar mətndəki sözləri bir-birindən yazı xəttinin mərkəzində nöqtə qoymaqla ayırırdılar. Daha sonra cümlənin başlanğıc sözünün böyük hərflə yazılmasından istifadə olunub. Yazıda sual işarəsi ilk dəfə 600 il əvvəl İtaliyada tətbiq edilib.Manutsi adlı bir nəşriyyat işçisi oxucuların işini asanlaşdırmaq üçün sual cümlələrinin sonunda “Q” hərfi yazmağa başlayıb. Sonra isə “Q” işarəsi indiki “?” işarəsi ilə əvəzlənib. Nida işarəsi də latın dilindən alınıb. Cümlənin sonunda yazılan və latın dilində sevinc, heyrət bildirən "İo” nidası dəyişikliyə uğrayaraq müasir nida işarəsinə çevrilib. 


Bəzən cümlədə nöqtəli vergül, iki nöqtə kimi işarələrdən də istifadə olunur.


Tez-tez qarşımıza çıxan durğu işarələrindən biri də dırnaq işarəsidir. Bu işarədən mətndə vasitəsiz nitqi, sitatları, əsər, qəzet və jurnal adlarını, sözlərin məcazi mənalarını fərqləndirmək üçün istifadə olunur.