Saat qurşaqları haqqında nələri bilirik?- Video

13 2020 16:29

Yer kürəsi öz oxu ətrafında fırlanır və tam dövrəni 24 saata başa vurur. Nəticədə planetimizin müxtəlif məntəqələrində vaxt fərqi yaranır.  Yer 360 dərəcəlik çevrə üzrə hərəkət etdiyindən bu rəqəmi 24-ə bölürük: 360° : 24 = 15°

Nəticədə hər biri 15°-dən ibarət olan 24 saat qurşağı ayrılır. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. 1924-cü il beynəlxalq sazişinə əsasən, ortasından Qrinviç meridianı keçən saat qurşağı sıfırıncı saat qurşağı qəbul olunub. Yer kürəsi qərbdən şərqə doğru fırlandığına görə saat qurşaqlarının sırası da şərqə doğru artır.  

Qonşu qurşaqlar arasında vaxt fərqi 1 saatdır. Şərqdə yerləşən qurşaq qərbdəkindən 1 saat irəli olur.

Günəşin şərqdən çıxdığını nəzərə alsaq bizdən şərqdə yerləşən ölkələr saat fərqinə görə öndə, qərbdə yerləşən ölkələr isə geridə olacaq.