İstedadlı məktəblilər müxtəlif əl işləri hazırlayır- Video

13 2020 16:41

Dostlar, bu süjetimizdə toxumlardan, iplərdən əl işləri hazırlayan, maraqlı rəsmlər çəkən məktəbliləri tanıyacaqsınız. Onlar 4-cü sinif şagirdləri Ruhid və Nurxanımdır.  Məktəblilər dərsdən sonra boş vaxtlarını əyləncəli keçirmək üçün əl işləri hazırlayırlar.

Ruhid daha çox rəsm çəkməyi xoşlayır. O həm də çəkdiyi rəsmlərin üzərini müxtəlif toxumlarla bəzəyir. Bu zaman düyüdən, mərcidən, qarabaşaqdan və günəbaxan tumlarından istifadə edir.

Nurxanım isə daha çox rəngli iplərlə işləməyi xoşlayır. O əlvan rəngləri çox sevdiyini deyir. İstedadlı qızcığazın rəsmə də həvəsi var.

Dostlarımz deyir ki, yaradıcı işlə məşğul olarkən onların dərslərdən yaranan yorğunluğu aradan qalxır.