Qrim obrazların maraqlı və özünəməxsus görsənməsini təmin edir- Video

13 2020 16:51

Uşaq tamaşalarını izləyərkən ordakı obrazların maraqlı və özünəməxsus simasına, üz cizgilərinə fikir vermisiniz. Bütün bunlar qrimin köməyi ilə ərsəyə gəlir. Qrim - rəssamlıqla bağlı bir sənət növüdür. Qrimçi müxtəlif vasitələrdən istifadə edərək aktyorun xarici görkəmini dəyişir və onu ifa etdiyi obraza uyğunlaşdırır. Müsahibim Vüsalə xanım 11 ilə yaxındı qrim işi ilə məşğuldur. O, peşəsini çox sevdiyini deyir.

Qrim zamanı ilk öncə aktyorun üzünə ümumi ton çəkilir. Sonra üzə istənilən ifadə vermək üçün gözün, qaşların, dodaqların cizgiləri işlənir.  

Aktyorlar oynadığı rola uyğun olaraq bığ, saqqal, parik, taxma burun kimi qrim elementlərindən də istifadə edir. Bu da obrazı daha maraqlı edir. Sirk artistləri də qrimdən istifadə edirlər. Qar kimi ağ yanaqlarında qırmızı üçbucaq çəkmiş, dodaqlarını al qırmızı boyamış, başlarına sarı-qırmızı parik qoymuş klounları hamı yaxşı tanıyır. Belə qrim-maska onlara komik görkəm verir, tamaşaçıları güldürür.