Akvariumun suyu mütəmadi yenilənməlidir- Video

14 2020 08:59

Canlı aləmin bir parçasının evimizdə olması çox xoşdur. Lakin heyvan və bitkiləri sevmək kifayət etmir, onlara doğru qulluq etmək də lazımdır. Məsələn, balıqların həyatını uzatmaq üçün akvariumu müntəzəm təmizləmək vacibdir.

Düzgün yemləmə də suda yaşayan canlılar üçün önəmlidir.  Bəs akvarium balıqlarının qidalanmasında nələrə diqqət edilməlidir?

Təzə aldığınız balıqları birbaşa akvariuma daxil etmək məsləhət deyil. Bir müddət karantin akvariumda saxlamaq lazımdır. Çünki balıqlar bəzən xəstə ola bilərlər və akvariumdakı digər canlıları yoluxdura bilərlər. Balıqlar təmiz suda saxlanmalıdır. Onların tez-tez yerini dəyişmək sağlamlıqları üçün zərərlidir.