Külək təzyiqin qeyri-bərabər paylanması nəticəsində yaranır- Video

14 2020 12:21

Külək Yerdə təzyiqin qeyri-bərabər paylanması nəticəsində yaranır.  Bu havanın yüksək atmosfer təzyiqi sahəsindən alçaq atmosfer təzyiqi sahəsinə doğru üfüqi istiqamətdə yerdəyişməsidir. Küləyin gücü onun sürətindən asılıdır. Yəni hava kütləsi nə qədər sürətlə hərəkət edirsə, külək o qədər güclü olur.

Küləyin gücünü 12 ballıq Bofort şkalası ilə ölçürlər. Küləyin sürətinin 25 m/san-yə qədər və daha çox güclənməsi təhlükəli hesab edilir.  Abşeron üzərində küləyin maksimal sürəti böyükdür və tez-tez 25-30 m/saniyə çatır, bəzi hallarda isə hətta 40 m/san-ni keçir. Sürəti 33 m/san və daha böyük olan küləklər qasırğa hesab olunur.

Küləkdən qorunmaq üçün qalın və isti geyinmək məsləhətdir. Küləkli havada toz zərrəciklərinin içində viruslar daha tez yayılır. Bu baxımdan qoruyucu ağız maskası taxmaq yaxşı olar.  Güclü külək olan zaman vacib işiniz yoxdursa çölə çıxmayın. Küləkli havada hərəkət edərkən diqqətli və ehtiyatlı olmaq lazımdır. İri gövdəli, qol-budaqlı ağacların altında dayanmaq olmaz.